Altay Bayındır Türkiyəyə qayıdır
"Mançester Yunayted"də ayrılıq gözlənilir.
Sportline.az xəbər verir ki, 2023-cü ilin sentyabrında "Fənərbağça"dan ayrılaraq "Mançester Yunayted"ə transfer olunan türkiyəli qapıçı Altay Bayındır yenidən Türkiyə Super Liqasına qayıdır.
27 yaşlı əlcək üçün bir müddətdir danışıqlar aparan "Beşiktaş" rəhbərliyinin transferi uğurla yekunlaşdırdığı bildirilir.