AMADA-dan daha bir seminar

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil Şöbəsinin əməkdaşları Azərbaycan Velosiped İdmanı Federasiyasında idmançılar üçün antidopinq haqqında maarifləndirici seminar keçiriblər.

Sportline.az xəbər verrir ki, tədbir zamanı iştirakçılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, terapevtik istifadə üçün istisnalar, məkan və digər məsələlər haqqında məlumat verilib.

Daha sonra idmançılar sual-cavab sessiyasında antidopinq sahəsindəki biliklərini yoxlayıblar.