AMADA: Federasiyalar cəzalanan idmançıların medallarını geri alacaq

Dopinqdən istifadəyə görə cəzalandırılmış idmançıların medalları müvafiq federasiyaların özləri tərəfindən əllərindən alınacaq. 

Sportline.az xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.

O, federasiyaların cəzalı idmançıların medallarının yarışlarda növbəti yerləri tutanlara veriləcəyinə dair təminat aldıqlarını söyləyib.

Qeyd edək ki, AMADA daha əvvəl 7 idmançının dopinqdən istifadəyə görə medallarının əllərindən alındığını açıqlayıb.