AMADA-nın əməkdaşı qəzaya səbəb olub
Veloparkda keçirilmiş şose velosipedi üzrə Bakı birinciliyində xoşagəlməz hadisə yaşanıb.
Sportline.az xəbər verir ki, bununla bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat katibi Pərviz Musayev şəxsi "Facebook" hesabında paylaşım edib.
O bildirib ki, gənclər/U23 kateqoriyasının yarışı zamanı Azərbaycan Milli Antidopinq Agentliyinin xanım əməkdaşı diqqətsizlik edərək velosipedçilərin yoluna çıxıb. Nəticədə idmançılardan biri - İbad Abbasov yıxılaraq zədələnib.
Velosipedlərdən birinin raması çatlayıb, digərinin isə karbon qabaq təkəri əyilib.