Almaniya millisinin əfsanəvi futbolçusu vəfat edib
Almaniya millisinin əfsanəvi futbolçusu 63 yaşında vəfat edib.
Sportline.az Gola.com-a istinadla xəbər verir ki, Andres Breme 1990-cı ildə keçirilən Dünya Çempionatının final matçında milli komandaya qələbə qazandıran qolun müəllifi olmuşdu.
Keçmiş futbolçu bu gün səhər saatlarında ürək sancılanması olduğu üçün xəstəxanaya aparılıb, amma həkimlərin müdaxiləsinə rəğmən xilas etmək mümkün olmayıb.
Qeyd edək ki. Andres Breme karyerası ərzində çıxdığı 613 oyunda 78 qol, 28 məhsuldar ötürmə ilə yadda qalıb.