Rişarlison evinə qayıdır

"Tottenhem"in hücumçusu Rişarlison karyerasını "Everton"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

29 yaşlı oyunçu dəyəri 25 milyon avrodur.

Qeyd edək ki, brazilyalı oyunçu daha əvvəl 2018-2022-ci illər ərzində "Everton"da çıxış edib.