PSJ-dən "Liverpul"a keçə bilər
"Paris Sen-Jermen"in futbolçusu Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Paris klubu 23 yaşlı sol cinah vingeri üçün 125 milyon avro tələb edir.
Qeyd edək ki, B.Barkola PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.