Niklas Füllkruq “Verder”ə qayıdıb

Niklas Füllkruq “Verder”ə qayıdıb.

Sportline.az xəbər verir ki, 33 yaşlı hücumçu İngiltərənin “Vest Hem” klubundan Bremen təmsilçisinə bir mövsümlük icarəyə keçib.

Füllkruq peşəkar karyerasına “Verder”də başlayıb və 2019-2023-cü illərdə də bu klubun formasını geyinib.

Almaniya millisinin üzvü ötən mövsüm Premyer Liqada 8 oyuna çıxıb. Qış fasiləsində “Milan”a icarəyə keçən Füllkruq A Seriyasında 20 matçda 1 qol vurub.

Bremen klubu, həmçinin “Frayburq”dan Eren Dinkçini bir mövsümlük icarəyə götürüb. 24 yaşlı cinah oyunçusu ötən mövsümün ikinci yarısını “Haydenhaym”da keçirib və 14 Bundesliqa oyununda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

image