"Mançester Yunayted" Balebanı heyətinə qatmağa yaxındır
“Mançester Yunayted” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirməyə yaxındır.
Sportline.az xəbər verir ki, İngiltərə klubu “Brayton”un futbolçusu Karlos Balebanın transferi üçün danışıqları davam etdirir.
Jurnalist Devid Ornşteynin məlumatına görə, “Mançester Yunayted” 22 yaşlı kamerunlu üçün 60 milyon funt sterlinq və əlavə 5 milyon funt bonus təklif edib. Məbləğ “Brayton”un tələb etdiyi qiymətdən aşağı olsa da, tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir.
Qeyd edək ki, Baleba 2023-cü ildə Fransanın “Lill” klubundan “Brayton”a keçib. O, 2024-cü ilin iyununda Kamerun millisində debüt edib.