Amerika klublarına icazə verildi

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış MLS-də mübarizə aparan klublara tətbiq olunan qadağalar tədricən aradan qaldırılmağa başlayır.

Sportline.az xəbər verir ki, mayın 6-dan etibarən futbolçular klublarının bazasında fərdi qaydada məşqlərə başlaya biləcəklər.

Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb. Bildirilib ki, komanda halında məşqlərə qoyulan qadağa mayın 15-nə qədər davam edəcək.