Amit Quluzadə "Olimpiakos"a qarşı oynadı
Azərbaycanlı futbolçu Amit Quluzadənin şərəfini qoruduğu AEL Yunanıstan Super liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, Larissa təmsilçisi "Olimpiakos"la qarşılaşıb.
Görüş "Olimpiakos"un qələbəsi ilə yekunlaşıb - 2:0.
A.Quluzadə fasilədən dərhal sonra meydana çıxıb.
Qeyd edək ki, 20 oyundan sonra hesabında 17 xal olan Larissa təmsilçisi 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.