Amit Quluzadə Yunanıstan çempionatında debüt etdi
Yunanıstanın AEL klubuna keçən Azərbaycanlı futbolçu Amit Quluzadə ilk rəsmi matçına çıxıb. SportLine.az xəbər verir ki, çempionatın 20-ci turuna təsadüf edən AEL - "Kerkira" oyununun 46-cı dəqiqəsində meydana daxil olan A.Quluzadə debüt edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bu heç-heçədən sonra xallarının sayını 17-yə yüksələn “AEL Larissa” 13-cü pillədə qərarlaşıb.