Amorim “Mançester Yunayted”in rəhbərliyinə qəzəblənib
"Mançester Yunayted" transfer bazarında böyük itki yaşayıb.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim yay transfer pəncərəsində Konor Qallagerin transferinin baş tutmamasına görə "qəzəblidir".
"Team Talk" nəşrinin məlumatına görə, "Atletiko" yarımmüdafiəçisi üçün şəxsi təşəbbüs göstərən portuqaliyalı məşqçi bu transferin alınmamasından ciddi narazıdır.