Amorim: "Meyson Mount məyusdur"

"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Ruben Amorim "Tottenhem"lə matç öncəsi mətbuat konfransı keçirib.

Sportline.az xəbər verir ki, jurnalistlərə müsahibə verən zaman Amorim ingiltərəli futbolçu Meyson Mountun zədəsi haqqındada danışıb.

"Mount hələdə zədəsini sağaltmayıb. O çox məyusdur. Mount bizim üçün önəmli futbolçudur. Onun zədələnməsi planlarımıza daxil deyildi", - deyə Ruben Amorim bildirib.

Qeyd edək ki, Mount "Mançester Siti" ilə matçda zədələnib.