Amorim Mount haqqında danışıb

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim ingiltərəli futbolçu Meyson Mount haqqında danışıb.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Amorim 26 yaşlı futbolçu haqqında bu fikirləri səsləndirib;

"Meyson Mount çox ağıllı futbolçudur. Hər gün dayanmadan məşq edir. Ona güvənim sonsuzdur. Qarşıdaki oyunlarda daha çox şans verəcəm. Mountdan mənunam", - deyə Amorim bildirib.

Qeyd edək ki, Meyson Mount 2023-cü ilin yayında "Çelsi"dən "Mançester Yunayted"ə 64.2 milyon avro qarşılığında transfer olmuşdu.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 1 qolla yadda qalıb.