Amsterdam da loqosunu təqdim etdi
2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək daha bir şəhər loqosunu təqdim edib. SportLine.az xəbər verir ki, 13 şəhərdən biri - Amsterdamın loqosunda şəhərin rəmzlərindən biri əks olunub.
Qeyd edək ki, Amsterdam qrup mərhələsinin 3, 1/8 finalın isə 1 oyununu qəbul edəcək.