"Anadolu Efes" ulduz basketbolçu ilə yeni müqavilə imzalayıb

"Anadolu Efes" Türkiyə millisində çıxış edən əslən ABŞ-li basketbolçu ilə müqavilə imzalayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İstanbul klubu 31 yaşlı basketbolçu Şeyn Larkinlə 4 illik yeni müqavilə imzalayıb.

Şeyn Larkin 2018-ci ildə "Baskoniya"dan "Anadolu Efes"ə transfer olunmuşdu.

Təcrübəli oyun qurucu bu müddət ərzində klubla birgə 2 dəfə Avroliqanın, 3 dəfə Türkiyə Super Liqasının və 1 dəfə də Türkiyə kubokunun qalibi olub.

Qeyd edək ki, Larkin 2018-2019  mövsümündə Avroliqada dörtlü finalın ən məhsuldar oyunçusu olub.