Kevin Medinanın oynadığı matçda yeni dünya rekordu

Azərbaycan milliisinin sabiq üzvü Eddi İsrafilov və "Qarabağ"ın keçmiş müdafiəçisi Kevin Medinanın klubu olan Malayziya “Cohor Darul Tazim"i ölkə çempionatlarında ardıcıl məğlubiyyətsiz oyunların sayına görə dünya rekordu müəyyənləşdirib. 

Sportline.az “Reuters”ə istinadən xəbər verir ki, komanda yeni mövsümün 1-ci turunda “Kuçinq”i 3:0 hesabı ilə məğlub edib. Bununla “Cohor Darul Tazim”in çempionatda məğlubiyyətsiz seriyası 109 oyuna çatıb.

Medina bu oyunda əsas heyətdə meydana çıxıb, Eddi isə sonadək ehtiyatda qalıb.

Bu, Medinanın yeni komandasında debüt matçı olub.

Malayziya təmsilçisi Kot-d’İvuarın “ASEK Mimozas” klubunun rekordunu yeniləyib. “ASEK Mimozas” 1989-1994-cü illərdə ölkə çempionatında ardıcıl 108 matçda məğlub olmamışdı. “Cohor Darul Tazim” ötən mövsümün son oyununda bu göstəricini təkrarlamışdı.

Komanda son 4 mövsümdə Malayziya çempionu olub və 2021-ci ilin aprelindən bəri ölkə çempionatında məğlubiyyət üzü görməyib.

Kevin Medinanın oynadığı matçda yeni dünya rekordu! - Şəkillər