Nəriman Axundzadə "Qalatasaray"a qarşı

Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, millimizin üzvü Nəriman Axundzadənin şərəfini qoruduğu "Ərzurumspor" bu tur doğma meydanda "Qalatasaray"a 0-4 hesabı ilə uduzub.

55-ci dəqiqədə meydana daxil olan 22 yaşlı hücumçu, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Hər iki oyunda uduzan "Ərzurumspor" turnir cədvəlinin sonuncusudur.

"Ərzurumspor" - "Qalatasaray" 0:4
Qollar:
 Rolaand Sallay, 12, Yunus Akgün, 20, Viktor Osimhen, 45, 80