Ancelotti Kross və Modriçin gələcəyi haqqında danışdı

"Real Madrid"in baş məşqçisi Karlo Ancelotti "Alaves"lə oyundan sonra Kross və Modriçlə bağlı açıqlamalar verib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, təcrübəli mütəxəssis bu 2 oyunçu ilə bağlı qərarı Çempionlar Liqasının finalından  sonra klubun verəcəyini bildirib.

Çempionlar Liqasının finalı iyunun 1-də Uembleydə keçiriləcək.Finalda "Real Madrid" 'Borussiya Dortmund"la qarşılaşacaq.

Qeyd edək ki, Luka Modriç bu mövsüm çıxdığı 43 oyunda 2 qol, 8 asistlə yadda qalıb.Toni Krossun 46 oyunda 1 qol, 9 məhsuldar ötürməsi var.