Ançelotti: “Ronaldo gəlmiş keçmiş ən yaxşı futbolçudur”

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti portuqaliyalı ulduz Kriştiano Ronaldo haqqında müsbət fikirlər səsləndirib.

Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, təcrübəli mütəxəsis Ronaldo haqqında bu fikirləri səsləndirib;

“Kriştiano Ronaldo gəlmiş keçmiş ən yaxşı futbolçudur. Onun kimisi bir daha dünyaya gəlməyəcək. Bir dönəmə öz damğasını vurdu. Madriddə mənə çox kömək oldu”, - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Ronaldo bu gün 40 yaşını qeyd edir.