Ançelotti yeni müqavilə imzaladı

Karlo Ançelotti Brazilya millisi ilə 2030-cu ilin yayına qədər yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Mario Korteqana məlumat yayıb.

66 yaşlı mütəxəsis Brazilya millisinə ötən ilin may ayında baş məşqçi təyin olunmuşdur.

Qeyd edək ki, Ançelotti baş məşqçilik karyerası ərzində "Reccina", "Parma", "Yuventus", "Milan", "Çelsi", "Paris Sen-Jermen", "Real Madrid", "Bavariya", "Napoli" və "Everton" kimi klublarda işləyib.