Ançelottinin Arda Gülərlə bağlı qərarı

İspaniya La Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə başa çatır.

Sportline.az xəbər verir ki, 5-ci turun maraqla gözlənilən görüşlərindən biri San-Sebastyanda olacaq.

"Real Sosyedad" gərgin mübarizə vəd edən oyunda Madrid "Real"ını qəbul edəcək.

Madridlilərin baş məşqçisi Karlo Ançelotti bu qarşılaşmada Arda Gülərin də xidmətindən yararlanmaq niyyətindədir.

AS nəşrinin yaydığı xəbərdə italiyalı mütəxəssisin Çuameni və Bellingemin sıraya qayıtmaq ehtimalına rəğmən, orta sahədə Ardaya da güvənəcəyi bildirilir. 

Qeyd edək ki, "Real Sosyedad" - "Real" matçının start fiti sentyabrın 14-də Bakı vaxtı 23:00-da səslənəcək.