Angelo Ştiller İngiltərə nəhənginə keçə bilər
"Ştutqart"ın yarımmüdafiəçisi Angelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" 24 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.
A.Ştillerin dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm 15 rəsmi görüşdə iştirak edib. Aktivində 1 qol, 4 məhsuldar ötürmə müəllifi olub.