"Anji" azərbaycanlı futbolçu ilə yolları ayırdı

"Anji" azərbaycanlı futbolçu Ayaz Quliyevi komandadan göndərib. 

SportLine.az Mahaçqala təmsilçisinin saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Qeyd edək ki, A.Quliyev müqavilə ilə Moskva "Spartak"ına məxsusdur. O, son iki mövsümü icarə əsasında "Anji"də keçirib. 22 oyunda meydana çıxan futbolçu 1 dəfə qol vurub.