"Ankaragücü" macarıstanlı futbolçu ilə güclənib

Türkiyə 1-ci liqa təmsilçisi "Ankaragücü" heyətini hücumçu ilə gücləndirib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, paytaxt klubu macarıstanlı vinqer Kevin Varqa ilə razılıq əldə edib.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

13 dəfə Macarıstan millisinin formasını geyinən Varqa son olaraq "Sepsi" klubunda çıxış edib.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov da "Ankaragücü" klubunun şərəfini qoruyur.