Ansu Fati İstanbul nəhənginə transfer ola bilər

"Barselona"nın ispaniyalı futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.

Sportline.az "As" qəzetinə istinadən xəbər verir ki, "Fənərbağça"nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo 22 yaşlı futbolçunu komadasında görmək istəyir.

A.Fatinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 10 milyon avrodur.

Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Fati cari mövsüm 8 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.