Ansu Fati London klubuna keçir
"Tottenhem" "Barselona"nın ispaniyalı futbolçusu Ansu Fati üçün rəsmi təklif göndərib.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, London klubu bu keçid üçün "Barselona"ya 15 milyon avro ödəməyə hazırdır.
A.Fatinin İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm 8 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.