Antoninin yeni klubu rəsmiləşir

"Mançester Yunayted"in cinah hücumçusu Antoninin "Betis"ə keçidi reallaşmaq üzrədir.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçu yaxın günlərdə mövzunu yekunlaşdırmaq üçün İspaniyaya yollanacaq.

Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, tərəflər icarə əsasında keçidin bütün şərtlərini razılaşdırıblar. 

Anlaşmaya əsasən Antoni mövsümün sonunadək Sevilya təmsilçisinin formasını geyinəcək. 

Qeyd edək ki, cari mövsümdə 13 oyuna çıxan futbolçu 1 qolla yadda qalıb.