Anxel Qomes karyerasını İngiltərədə davam etdirə bilər

"Lill"in ingiltərəli futbolçusu Anxel Qomes mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, "Tottenhem", "Mançester Yunayted" və "Vest Hem Yunayted" A.Qomeslə yaxından maraqlanır.

24 yaşlı futbolçunun "Lill"lə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Anxel Qomes bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 2 qol və 1 asistlə yadda qalıb.