"Araz" 14-cüdür
UEFA futzal klublarının yeni reytinq siyahısını açıqlayıb. SportLine.az xəbər verir ki, Azərbaycan çempionu "Araz" 14-cü pillədə qərarlaşıb. Naxçıvan təmsilçisinin aktivində 13,001 xal var.
Zirvədə 57,000 xalla İspaniyanın "İnter" klubu qərarlaşıb.
Qazaxıstan “Kayrat”ı 45,500 xalla 2-cidi. İlk “üçlüy”ü Portuqaliya “Sportinq”i qapayır – 38,166 xal.