Araz Abdullayev Kipr çempionatında debüt etdi

Azərbaycan millisinin üzvü Araz Abdullayev Kiprin "Anortosis" klubunda ilk rəsmi matçına çıxıb. SportLine.az xəbər verir ki, futbolçunun debütü “Nea Salamis”lə qarşılaşmaya təsadüf edib. 

1:1 hesabı ilə yekunlaşan matça A.Abdullayev start heyətdə başlayıb. O, 83-cü dəqiqədə Andre Alveslə əvəzlənib.

Xatırladaq ki, A.Abdullayev "Anortosis"in heyətində bundan əvvəl yoldaşlıq görüşündə meydana çıxıb və qol vurub.