Araz Abdullayev Kipr klubunda

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.

Abdullayev "Etnikos" klubunun formasını geyinəcək. Onunla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Araz Abdullayev son olaraq Türkiyənin "Boluspor" komandasında çıxış edib.