Araz Abdullayev oynadı, komandası 1/8 finala yüksəldi
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr Kubokunun 1/16 final mərhələsində “Ksilotimpu" ilə üz-üzə gəlib. SportLine.az xəbər verir ki, qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 2:1.
A.Abdullayev matça start heyətində başlayıb və sonadək meydanda olub. Futbolçu ilk qolun ötürməsinə müəlliflik edib.
Qeyd edək ki, "Anortosis" bu qələbə ilə 1/8 finala yüksəlib.