Araz Abdullayev son dəqiqədə komandasına qələbə qazandırdı

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib ALKİ kollektivi olub. 

Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 2:1.

A.Abdullayev start heyətində meydana çıxıb və əsas vaxta əlavə edilən dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb.

Qeyd edək ki, aktivində 33 xalı olan "Anortosis" zirvədə qərarlaşıb.