Araz Abdullayevin komandasında son durum
Millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa 6 yoluxma halı aşkarlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yoluxanlardan 3-nün futbolçu olduğu açıqlanıb. Digərləri isə Bolu təmsilçisinin işçiləridir.
Klub həmin şəxslərin müalicəsinə başlanıldığını bildiriib.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 11-də Sloveniya ilə yoldaşlıq, noyabrın 14-də və 17-də müvafiq olaraq Monteneqro ilə Lüksemburq komandalarına qarşı UEFA Millətlər Liqasının oyunları keçirəcək. Hələlik millinin heyəti açıqlanmadığından, Araz Abdullayevin qarşıdakı görüşlərə çağırılıb-çağırılmayacağı bilinmir.