"Araz" Çempionlar Liqası ilə vidalaşdı
Futzal üzrə Azərbaycan çempionu "Araz" bu gün Çempionlar Liqasında sonuncu oyununu keçirib. SportLine.az xəbər verir ki, Naxçıvan təmsilçisinin rəqibi Slovakiyanın “Luçeneç” kollektivi olub.
İlk iki oyundan sonra aktivində cəmi 1 xal olan "Araz"ın qrup səddini adlamaq şansları tükənmişdi.. Buna görə də, görüş formal xarakter daşıyıb.
Matç "Araz"ın məğlubiyyəti ilə yekunlaşıb - 2:5.
Beləliklə, 3 oyuna 1 xal toplayan "Araz" qrupda "Valetta" ilə 3-4-cü yerləri bölüşüb.