“Qalatasaray”da ayrılıq
“Qalatasaray” futbolçusu Elias Jelert komandadan ayrılıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danimarkalı müdafiəçi Fransanın “Le Havr” klubuna icarəyə verilib.
Razılaşmaya əsasən, futbolçu 2026/27 mövsümünü Liqa 1 təmsilçisinin heyətində keçirəcək.