"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə məğlubiyyətlə başladı

"Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, komanda 5-ci qrupdakı ilk oyunda İsveç "Orebro"su ilə qarşılaşıb.

Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da keçirilən görüş təmsilçimizin 2:5 hesablı məğlubiyyəti ilə nəticələnib.

Qrupun digər oyununda Serbiyanın "Loznika Qrad" klubu ilə Bosniya və Herseqovina "Mostar"ı üz-üzə gəlir. Oyun saat 22:00-da başlayıb.

26 oktyabr

Çempionlar Liqası

Əsas mərhələ, 1-ci tur

"Araz-Naxçıvan" (Azərbaycan) - "Orebro" (İsveç) - 2:5

Qollar: Vitinyo, 26. Ramiz Çovdarov, 35 - Diaş Alveş, 19; 37; 39. Rodriges, 24. Joze Adalberto, 26

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya)

Mostar, "Mithad Hujdur Hujka Arena"