“Araz Naxçıvan” ÇL-ə darmadağınla başladı
Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasında mübarizəyə start verib.
Sportline.az xəbər verir ki, A qrupunda yer alan "Araz-Naxçıvan" Türkiyə çempionu "İstanbul Şişli" ilə qarşılaşıb. Oyun "Araz-Naxçıvan"ın 9:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər matçında "Yan Reqensburq" (Almaniya) "Riqa" (Latviya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, sabah "Araz-Naxçıvan" "Yan Reqensburq"la qarşılaşacaq.
23 avqust
15:00. “Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə) - 9:1
Qollar: Lukas 4 (1:0), Bağırov 6 (2:0), Miloşavleviç 16 (3:0), Amadeu 22 (4:0), 23 (5:0), 30 (7:0), Atayev, 27 (6:0), 33 (8:0), Dannilu, 36 (9:0), Çamcı 39 (9:1)
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr)
Salaspils. Salaspils İdman Arenası.
Qrupun digər oyunu
20:00. "Yan Reqensburq" (Almaniya) - "Riqa" (Latviya)