"Araz-Naxçıvan" Serbiya klubuna qarşı

Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" bu gün turnirin əsas mərhələsində növbəti oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda 5-ci qrupda 2-ci görüşündə "Loznika Qrad" (Serbiya) ilə üz-üzə gələcək.

Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər görüşündə Bosniya və Herseqovina "Mostar"ı İsveç "Erebru"su ilə qarşılaşacaq.

Qeyd edək ki, "Araz Naxçıvan" ilk matçda "Erebru"ya 2:5 hesabı ilə uduzub.

Çempionlar Liqası, əsas mərhələ, 2-ci tur

27 oktyabr

19:30. "Loznika Qrad" (Serbiya) - "Araz-Naxçıvan" (Azərbaycan)

22:00. "Mostar" (Bosniya və Herseqovina) - "Erebru" (İsveç)

Xallar: "Erebru" - 3, "Loznika Qrad" - 3, "Mostar" - 0, "Araz-Naxçıvan" - 0.