"Araz-Naxçıvan"dan şok məğlubiyyət

Futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, maraqlı nəticələrdən biri “Baker Tilly” – “Araz-Naxçıvan" oyununda qeydə alınıb. 

Cəmi 5 futzalçı ilə matça gələn ölkə çempionu hətta qapıçı Rövşən Hüseynlinin xidmətindən meydan oyunçusu kimi istifadə edib. Hüseynli isə görüşdə dubl edib, amma qələbəni İkinci Liqa təmsilçisi bayram edib.

“Advokat” isə hesabda iki dəfə geri düşdüyü matçda “Alyans”ı son saniyələrdə vurduğu qolla yenib. “Bibi-Heybət” – “STAR kargo-2” görüşünün qalibi əlavə vaxtda müəyyənləşib və İkinci Liqanın iki təmsilçisinin qarşılaşmasını nominal meydan sahibləri qazanıb. Mərhələnin son oyuonu “Neftçi” üçün yaxşı başlamayıb. “Atletiko Baku” ardıcıl qollar sayəsində hesabı xeyrinə dəyişib 3:1. Amma tədricən toparlanan Yüksək Liqa iştirakçısı qələbə qazanmağı bacarıb.

Azərbaycan kuboku, 1/8 final

Advokat – Alyans 3:2
Baker Tilly – Araz-Naxçıvan 5:4
Bibi-Heybət – STAR kargo-2 10:8
Neftçi İK – Atletiko Baku 4:3

Beləliklə, 1/4 final mərhələsində bu cütlüklər üz-üzə gələcək:

Alyans Qrup – Bibi-Heybət
Baku Fire – Neftçi İK
EKOL – Baker Tilly
Advokat – Forza Neftçi/Xilə

Qeyd edək ki, “Forza Neftçi” – “Xilə” (12:2) oyunu başa çatmayıb. Bu oyunun yekun nəticəsi barədə İntizam Komitəsi qərar verəcək.