"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu

"Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyat olunub.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əvəzedici heyətdən əsas komandaya cəlb edilən 21 yaşlı yarımmüdafiəçi İstanbul şəhərindəki Türkiyə xəstəxanasında qasıq yırtığından əməliyyat olunub.

Bildirilib ki, bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.

Banner