Julio Romaonun yeni klubu bəlli olub
“Qarabağ”ın sabiq futbolçusu Julio Romaonun yeni klubu bəlli olub.
Sportline.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını "Axmat"da davam etdirəcək.
Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Romao 2022-25-ci illərdə “Qarabağ”da oynayıb və üç dəfə Azərbaycan çempionu olub. Onun "Qarabağ"a qayıdacağı ilə bağlı xəbərlər yayılmışdı.