Mərakeş millisinin baş məşqçisi: "Hər bir oyunçumuz matçın taleyini dəyişməyə qadirdir"
Dünya çempionatı həyacanı davam edir.
Sportline.az xəbər verir ki, bu gecə Fransa və Mərakeş komandaları üz-üzə gələcəklər.
Mərakeş komandasının baş məşqçisi Məhəmməd Vəhbi mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb;
“Bizim daha böyük uğurlar qazanmaq potensialımız var. Fransa komandası kağız üzərində bu matçın aşkar favoriti hesab oluna bilər. Lakin biz sabah qalib gəlmək və yarımfinala vəsiqə qazanmaq üçün meydanda mümkün olan hər şeyi edəcəyik. Bura qədər iddialı mentalitet sayəsində gəlib çıxmışıq və daha da irəli gedəcəyik. İsmael Saybari zədə səbəbindən Fransa ilə oyunu buraxacaq. Heyətimiz genişdir və ehtiyatdan gələn hər bir oyunçumuz matçın taleyini dəyişməyə qadirdir", - deyə Məhəmməd Vəhbi bildirib.
Qeyd edək ki, Fransa - Mərakeş matçı bu gün gecə yarısı saat 12-də başlanacaq.