Brahim Dias: "Onların heyətində Kilian Mbappe kimi dahi futbolçu var"

Futbol üzrə Dünya çempionatında mübarizə davam edir.

Sportline.az xəbər verir ki, 1/4 finalın ilk oyununda Fransa millisi Mərakeşlə qarşılaşacaq.

Oyundan öncə keçirilən ənənəvi mətbuat konfransında Brahim Dias jurnalistlərin suallarını cavablandırıb;

"Fransa kimi güclü rəqibə qarşı 1/4 final mərhələsində oynamaq hər bir futbolçu üçün həm böyük məsuliyyət, həm də fəxrdir. Kanada üzərindəki 3:0 hesablı qələbə bizə böyük özünəinam verdi, amma o oyun artıq tarixdə qaldı. Fransa millisi son dünya çempionudur və onların heyətində Kilian Mbappe kimi dahi futbolçu var. Biz müdafiədə kollektiv şəkildə hərəkət etməli, boşluqlar verməməli və rəqibin əks-hücumlarının qarşısını almalıyıq. Mərakeş xalqının və bütün Afrika qitəsinin bizdən gözləntilərinin nə qədər böyük olduğunu çox yaxşı anlayırıq. Meydana çıxanda hər bir top uğrunda, hər bir metr üçün son saniyəyə qədər savaşacağımıza söz veririk. Biz sadəcə müdafiə olunmayacağıq, eyni zamanda rəqib qapısında təhlükəli anlar yaradaraq öz oyunumuzu diktə edəcəyik. İnanıram ki, azarkeşlərimizin möhtəşəm dəstəyi ilə sabah meydandan başıuca və yarımfinal vəsiqəsi ilə ayrılacağıq", - deyə Brahim Dias bildirib.

Qeyd edək ki, Fransa - Mərakeş görüşü Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq.

Banner