“Atletiko Madrid” “Sportinq”in oyunçusunu transfer edir

“Sportinq” klubunun yarımmüdafiəçisi Morten Hyulmand karyerasını “Atletiko Madrid”də davam etdirməyə hazırlaşır.

Sportline.az insyader Fabrizionun məlumatına istinadən xəbər verir ki, tərəflər transferlə bağlı tam razılığa gəlib. Madrid təmsilçisi bu keçid üçün “Sportinq”ə 40 milyon avro təzminat ödəyəcək.

Morten Hyulmandın “Atletiko Madrid”lə 5 illik müqavilə imzalayacağı, futbolçunun isə bu gün Madridə yollanaraq tibbi müayinədən keçəcəyi və transferin son prosedurlarını tamamlayacağı qeyd olunub.

Qeyd edək ki, futbolçunun portuqaliya təmsilçisi ilə müqaviləsi 2028-in yayında başa çatır.

Banner