“Araz-Naxçıvan”ın “Kayrat”la oyunları üçün hakim təyinatları açıqlanıb
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” oktyabrın 21-də və 22-də Bakıda Qazaxıstan çempionu “Kayrat”la yoldaşlıq oyunları keçirəcək.
Azərbaycan Futzal Federasiyasından Sportline.az saytına verilən məlumata görə, FHN-in Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq mərkəzində saat 20:00-da başlayacaq matçları FİFA referiləri idarə edəcəklər.
Araz-Naxçıvan – Kayrat (Qazaxıstan)
21 oktyabr. FHN-in İdman-sağlamlıq mərkəzi. Saat 20:00
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hacıəli Ağayev
Timekeeper: Hikmət Qafarlı
Araz-Naxçıvan – Kayrat (Qazaxıstan)
22 oktyabr. FHN-in İdman Sağlamlıq mərkəzi. Saat 20:00
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Ceyhun Hüseynov
Timekeeper: Hikmət Qafarlı