Araz oynadı, komandası 1 xal qazandı
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Apollon" kollektivi olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
A.Abdullayev meydana start heyətində daxil olub və 89-cu dəqiqədə əvəzlənib.
Xal itkisi "Anortosis"in mövqeyini itirməsi ilə nəticələnib. Arazın komandası 41 xalla 3-cü pillədə qərarlaşıb.