Araz oynadı, komandası APOEL-i məğlub etdi
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti görüşünə çıxıb. SportLine.az xəbər verir ki, rəqib APOEL kollektivi olub.
Səfərdə keçirilən görüşün taleyini bir qol həll edib. Joao Viktorun 30-cü dəqiqədə vurduğu qol "Anortosis"ə 3 xal qazandırıb.
A.Abdullayev matça əsas heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra "Anortosis" 10 xalla turnir cədvəlinin lideridir.